ChatGPT ilə yazılmış yaxşı Essay niyə həmişə yaxşı Essay demək deyil?
Bəs ChatGPT-dən ümumiyyətlə istifadə etmək olmaz?

Süni intellekt akademik yazını əvvəlkindən daha sürətli və asan edə bilər. ChatGPT bir neçə saniyəyə struktur yarada, fikirləri formalaşdıra, qrammatik səhvləri düzəldə və hətta tam esse yaza bilir. Lakin qrammatik cəhətdən düzgün və səlis mətnin yaxşı akademik Essay olması eyni şey deyil.
Akademik yazının əsas məqsədi sadəcə məlumat təqdim etmək deyil. Tələbə mövzunu anlamalı, müxtəlif fikirləri müqayisə etməli, sübutları qiymətləndirməli və öz əsaslandırılmış mövqeyini ortaya qoymalıdır. Oxford və digər universitetlərin AI ilə bağlı akademik qaydalarında da vurğulanır ki, AI insanın critical thinking və evidence-based argument qurmaq bacarığını əvəz edə bilməz.
AI-nin yazdığı Essay-də əsas problem nədir?
ChatGPT çox vaxt ümumi, məntiqli və “peşəkar” səslənən cavab verir. Lakin belə mətnin arxasında tələbənin öz analizi olmaya bilər. AI tərəfindən yaradılmış məlumatlar bəzən səhv, səthi və ya kontekstdən kənar ola bilər. Buna görə universitetlər tələbələrdən AI nəticələrini yoxlamağı və istifadə etdikləri məlumatların etibarlılığını müstəqil şəkildə qiymətləndirməyi tələb edir.
Daha vacib məsələ isə “Bu fikri niyə müdafiə edirsən?” sualına cavab verə bilməkdir. Əgər tələbə yazdığı arqumenti izah edə bilmirsə, mətn nə qədər mükəmməl görünsə də, onun akademik dəyəri azalır.
Bəs ChatGPT-dən ümumiyyətlə istifadə etmək olmaz?
Mütləq deyil. Bir çox universitet AI-dan məsuliyyətli şəkildə istifadəni tamamilə qadağan etmir. Məsələn, tələbə ondan ideyaları genişləndirmək, esse strukturunu planlaşdırmaq, qrammatikanı yoxlamaq və alternativ yanaşmaları görmək üçün istifadə edə bilər.
Ən sağlam yanaşma budur: AI müəllif yox, köməkçi olsun.
Əvvəlcə tələbə özü araşdırmalı, mənbələri oxumalı və əsas arqumentini formalaşdırmalıdır. Daha sonra AI-dan həmin fikri inkişaf etdirmək və yazının keyfiyyətini yoxlamaq üçün istifadə etmək mümkündür.
Çünki universitetdə yüksək qiymət alan Essay-in dəyəri yalnız onun necə yazılmasında deyil, tələbənin necə düşündüyündədir.