Diplom verən universitet, yoxsa karyera yaradan universitet?24 sentyabr 20263 dəq

Diplom verən universitet, yoxsa karyera yaradan universitet?

Diplom verən universitet, yoxsa karyera yaradan universitet?

Diplom verən universitet, yoxsa karyera yaradan universitet?

Müasir dünyada ali təhsil almaq artıq sadəcə 4 il mühazirələrdə oturub sonda bir parça kağız diplom almaqdan ibarət deyil. Bu gün əmək bazarında minlərlə diplomlu məzun var, lakin onların çoxu "Təhsilimi bitirdim, bəs indi nə etməliyəm?" sualı qarşısında aciz qalır. Məhz bu məqamda "diplom verən universitet" ilə "karyera yaradan universitet" arasındakı böyük fərq ortaya çıxır.

Diplom verən universitetlər əsas diqqəti nəzəri biliklərə və akademik proqramın tamamlanmasına yönəldir. Burada əsas hədəf imtahanları keçmək, qiymət almaq və təhsil pilləsini başa vurmaqdır. Tələbə universiteti bitirəndə əlində rəsmi sənəd olur, lakin real iş mühitinin tələblərindən, müsahibə mərhələlərindən və korporativ etikadan xəbərsiz qalır. Nəticədə məzun iş tapmaq üçün yenidən əlavə kurslara getməyə və sıfırdan təcrübə toplamağa məcbur olur.

Karyera yaradan universitetlər isə tələbəyə sadəcə nəzəriyyə deyil, gələcək verir. Bu cür ali təhsil müəssisələri tələbənin ayaq basdığı ilk gündən onun peşəkar kimi formalşmasına şərait yaradır. Qazandırılan biliklər birbaşa iş dünyasının günümüzdəki tələblərinə uyğunlaşdırılır. Tələbələrə praktiki layihələr, beynəlxalq mübadilə proqramları, sahə üzrə mütəxəssislərlə şəbəkələşmə (networking) və böyük şirkətlərdə təcrübə imkanları təqdim olunur.

Karyera yönümlü təhsilin ən böyük üstünlüyü tələbəyə soft skill (yumşaq bacarıqları) (tənqidi təfəkkür, komanda ilə iş, təqdimat bacarığı və xarici dil bilikləri) aşılamasıdır. Belə bir mühitdə yetişən gənc universiteti bitirəndə təkcə diplom sahibi olmur, artıq öz sahəsində təməli qoyulmuş bir karyera və güclü CV ilə əmək bazarına daxil olur.

Gələcəyinizi planlaşdırarkən unutmayın: diplom sizə müsahibə qapısını aça bilər, lakin sizi o işə qəbul etdirən və yüksəldən qazandığınız real bacarıqlar və karyera hazırlığınız olacaq. Doğru seçim edin, sadəcə kağız üzərində ixtisas sahibi olmayın, gələcəyinizi quran təhsilə investisiya qoyun.

Digər yazılar

Təhsil yolunuzu planlamaq üçün daha çox məqalə.

Daha çox