Xaricdə təhsil planlayan şagirdlər üçün əsas fərq24 sentyabr 20263 dəq

Mənə SAT lazımdır, yoxsa IELTS?

Bəs xaricdə təhsil üçün hansını verməliyəm?

Mənə SAT lazımdır, yoxsa IELTS?

Xaricdə universitetə müraciət etməyə hazırlaşan şagirdlərdən ən çox eşidilən suallardan biri budur: “Mən SAT verməliyəm, yoxsa IELTS?” Əslində bu sualın cavabı “SAT və ya IELTS” deyil. Çünki bu iki imtahan tamamilə fərqli məqsədlərə xidmət edir.

SAT nə üçün lazımdır?

SAT universitetə akademik hazırlığı ölçən qəbul testidir. Hazırkı rəqəmsal SAT əsasən Reading and Writing və Math bölmələrindən ibarətdir. Universitetlər SAT nəticəsini akademik hazırlığı qiymətləndirmək üçün istifadə edə bilərlər. Lakin hər universitet SAT-a eyni şəkildə yanaşmır: bəzi universitetlər tələb edir, bəziləri optional edir, bəziləri isə ümumiyyətlə nəzərə almır. Buna görə konkret universitetin və proqramın qəbul siyasəti yoxlanmalıdır.

IELTS nə üçün lazımdır?

IELTS Academic isə şagirdin ingilis dilində universitet təhsilinə hazır olub-olmadığını göstərən dil imtahanıdır. Reading, Listening, Writing və Speaking bacarıqlarını yoxlayır və nəticə 0–9 band sistemi ilə təqdim olunur.

Yəni sadə şəkildə:

SAT → “Bu şagird akademik olaraq universitetə nə dərəcədə hazırdır?”

IELTS → “Bu şagird ingilis dilində universitet təhsilini izləyə biləcək səviyyədədirmi?”

Bəs xaricdə təhsil üçün hansını verməliyəm?

Bu, ölkədən çox universitet və proqramın tələblərindən asılıdır. Məsələn, bir universitet SAT tələb edə və eyni zamanda IELTS və ya başqa ingilis dili sübutu istəyə bilər. Başqa universitet SAT-ı optional edə bilər, lakin ingilis dili tələbi saxlaya bilər. Hətta bəzi hallarda məktəbdə təhsilin hansı dildə aparılması kimi amillər dil tələbindən azadolmaya təsir edə bilər.

Ona görə hazırlığa başlamazdan əvvəl “hamı SAT verir” və ya “IELTS kifayətdir” yanaşması düzgün deyil. Əvvəl universitet siyahısı hazırlanmalı, sonra hər universitet üzrə SAT, IELTS və digər qəbul tələbləri ayrıca yoxlanmalıdır.

Ən vacib məqam isə budur: SAT yüksək olsa belə, bu, avtomatik olaraq IELTS tələbinin əvəzi demək deyil. Eyni şəkildə yüksək IELTS balı da SAT tələbini avtomatik aradan qaldırmır. Hər biri ərizənin fərqli tərəfini göstərir.

Digər yazılar

Təhsil yolunuzu planlamaq üçün daha çox məqalə.

Daha çox