Xaricdə universitet oxumaq istəyən şagird 7-8 ci sinifdən nə etməyə başlamalıdır?
11-ci sinfə qədər hər şeyi saxlamaq əvəzinə plan qurmaq lazımdır

Xaricdə universitet təhsili planlayan şagirdlər arasında ən çox rast gəlinən səhvlərdən biri hazırlığa yalnız 10-11-ci sinifdə başlamaqdır. Halbuki güclü universitet müraciəti bir neçə ay ərzində deyil, illər ərzində formalaşan akademik profilin nəticəsidir.
7-8 ci sinifdə oxuyan şagirdin əsas məqsədi hələ universitet müraciəti etmək deyil, gələcək müraciət üçün düzgün istiqamət seçməkdir.1. Akademik nəticələri sistemli şəkildə gücləndirmək
Universitetlər üçün yalnız son qiymət deyil, şagirdin illər ərzində göstərdiyi akademik inkişaf və seçdiyi fənlərin səviyyəsi də əhəmiyyətlidir. Buna görə xüsusilə riyaziyyat, ingilis dili və gələcək ixtisasa uyğun əsas fənlər üzərində möhkəm baza yaratmaq vacibdir.
2. İngilis dilini sadəcə imtahan üçün öyrənməmək
Xaricdə təhsil planlayan şagird Academic English bacarıqlarını erkən inkişaf etdirməlidir. Akademik mətn oxumaq, esse yazmaq, təqdimat etmək, fikri əsaslandırmaq və mənbələrlə işləmək universitet həyatında çox vacibdir.
3. Gələcək ixtisas istiqamətini araşdırmaq
7-8 ci sinifdən konkret universitet seçmək məcburi deyil. Lakin şagird Business, Engineering, Medicine, Computer Science, Economics və ya başqa hansı sahəyə daha çox maraq göstərdiyini araşdırmağa başlamalıdır. Bu istiqamət sonrakı fənn seçimlərinə, layihələrə və extracurricular fəaliyyətlərə daha məqsədli yanaşmağa kömək edir.4. “Çox sertifikat” yox, mənalı fəaliyyət
Universitet müraciətində 20 təsadüfi sertifikat toplamaq əvəzinə, şagirdin maraq göstərdiyi sahə ilə əlaqəli davamlı və mənalı fəaliyyətlər daha faydalı ola bilər. Universitetlər akademik hazırlıqla yanaşı, maraq, təşəbbüs, liderlik və digər fəaliyyətləri də qiymətləndirə bilirlər.
Xaricdə güclü universitetə qəbul 10-11-ci sinifdə başlayan bir proses deyil. Güclü akademik profil illər əvvəl formalaşmağa başlayır.